AvroFinanceAna səhifə

HÜQUQİ MƏLUMAT

Məxfilik siyasəti

Son yenilənmə: 20 sentyabr 2026

Bu siyasət Avrotech MMC tərəfindən təqdim edilən AvroFinance mobil tətbiqinə və əlaqəli xidmətlərə aiddir. AvroFinance şəxsi büdcə və maliyyə qeydlərini idarə etmək üçün nəzərdə tutulub; bank, kredit təşkilatı və ya investisiya xidməti deyil.

Topladığımız məlumatlar

  • Hesab məlumatları: ad, e-poçt ünvanı, istəyə bağlı soyad və parolla giriş seçildikdə parolun kriptoqrafik hash-i.
  • Google və ya Apple ilə giriş seçildikdə həmin xidmətdən verilən ad, e-poçt ünvanı və hesab identifikatoru. Apple ilə girişdə icazənin ləğvi üçün lazım olan yeniləmə tokeni serverdə şifrələnmiş formada saxlanılır. Google və Apple hesablarınızın parollarını almırıq.
  • İstəyə bağlı profil məlumatları: telefon nömrəsi və doğum tarixi.
  • İstifadəçinin daxil etdiyi maliyyə məlumatları: hesab adları və balansları, gəlir-xərc əməliyyatları, kateqoriyalar, büdcələr, hədəflər, borc qeydləri, abunələr, köçürmələr, xatırlatmalar və avtomatlaşdırma qaydaları.
  • Təhlükəsizlik məlumatları: sessiya tokenləri, cihaz sessiyasının adı, girişin IP ünvanı və son istifadə vaxtı. Biometrik məlumat AvroFinance serverinə göndərilmir; yoxlama cihazın əməliyyat sistemi tərəfindən aparılır.

Məlumatlardan necə istifadə edirik

Məlumatlar hesab yaratmaq və qorumaq, maliyyə qeydlərini cihazlar arasında sinxronlaşdırmaq, büdcə və hesabat funksiyalarını göstərmək, şifrə bərpasını təmin etmək, təhlükəsizlik insidentlərini aşkarlamaq və dəstək sorğularını cavablandırmaq üçün işlənir.

Saxlama və təhlükəsizlik

Tətbiq serverlə yalnız HTTPS üzərindən əlaqə qurur. Parollar geri oxuna bilməyən kriptoqrafik hash şəklində saxlanılır, giriş tokenləri cihazın təhlükəsiz yaddaşında qorunur. Məlumatlar hesab aktiv olduğu müddətdə və qanuni, təhlükəsizlik və mübahisələrin həlli məqsədləri üçün zəruri olan müddətdə saxlanılır.

Paylaşma və satış

Şəxsi və maliyyə məlumatlarını satmırıq və reklam məqsədilə paylaşmırıq. Məlumatlar yalnız xidməti işlətmək üçün zəruri olan infrastruktur və e-poçt təminatçıları ilə, məxfilik və təhlükəsizlik öhdəlikləri çərçivəsində işlənə bilər; yaxud qanun tələb etdikdə səlahiyyətli orqanlara təqdim oluna bilər.

Google və Apple ilə giriş

Bu giriş üsulları istəyə bağlıdır. Seçdiyiniz xidmət girişinizi təsdiqləyir; AvroFinance yalnız hesab yaratmaq, daxil olmaq və bağlanmış hesabı tanımaq üçün ad, e-poçt və identifikator məlumatlarından istifadə edir. Maliyyə qeydləriniz bu giriş xidmətlərinə göndərilmir. Apple-ın e-poçtu gizlətmək seçimini istifadə edə bilərsiniz. Hesab silinəndə əlaqəli giriş məlumatları silinir və tətbiqdə saxlanılan Apple icazəsi ləğv edilir.

Ana ekran vidcetləri

Vidcetlər üçün qalıq və növbəti borc barədə son görünüş cihazda saxlanılır; giriş tokenləri vidcetlərlə paylaşılmır. Məbləğlər ilkin olaraq gizlidir. Onların göstərilməsini Ayarlar bölməsindən seçə bilərsiniz. Tətbiqin PIN və ya biometrik qoruması aktivdirsə, maliyyə detalları vidcetdə gizlədilir. Hesabdan çıxdıqda vidcet məlumatları təmizlənir.

İstifadəçi hüquqları və məlumatların silinməsi

Profil məlumatlarınızı tətbiqdən dəyişə, məlumatlarınızı JSON formatında ixrac edə və Ayarlar bölməsindən hesabınızı bütün əlaqəli məlumatlarla birlikdə birdəfəlik silə bilərsiniz. Tətbiqə çıxışınız yoxdursa, hesabın silinməsi səhifəsindəki qaydadan istifadə edin. Silinmə tamamlandıqdan sonra qanuni olaraq saxlanılması tələb olunan qeydlər istisna olmaqla aktiv sistemlərdəki hesab və əlaqəli məlumatlar silinir; texniki ehtiyat nüsxələrində olan qalıqlar adi yenilənmə dövründə aradan qalxır.

Uşaqlar

AvroFinance 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və belə şəxslərdən bilərəkdən məlumat toplamır.

Əlaqə

Məxfiliklə bağlı suallar üçün Avrotech MMC-yə info@avrofinance.com ünvanı və ya +994 51 357 44 44 telefonu ilə müraciət edin.

© 2026 AvroFinance · Avrotech MMC
Məxfilikİstifadə şərtləriHesabın silinməsi